Ən son yeniliklər üçün bizi sosial şəbəkələrdə izləyin!

Xidmət Detalları

Service Image

Terapevt Xidməti
Terapevt sağlamlığın qorunması, xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olan həkimdir. Terapevt müxtəlif orqan və sistemlərin xəstəliklərini müəyyən edir, xəstənin ümumi vəziyyətini qiymətləndirir və müvafiq müalicə planını hazırlayır. Klinikamızda xəstələrə müasir və effektiv tibbi xidmət göstərilir.

Terapevtə hansı hallarda müraciət edilməlidir?

  • Ümumi halsızlıq, zəiflik
  • Qızdırma, baş ağrısı, öskürək və digər infeksion simptomlar
  • Xroniki xəstəliklərin müalicəsi və izlənməsi
  • Yüksək təzyiq, şəkərli diabet və digər ümumi xəstəliklər
  • Mədə-bağırsaq narahatlıqları
  • Yorğunluq, təngnəfəslik

Təklif etdiyimiz xidmətlər:

  • Ümumi sağlamlıq müayinəsi və konsultasiya
  • Xəstəliklərin diaqnostikası və müalicəsi
  • Laborator və instrumental müayinələrin təşkili
  • Fərdi müalicə planlarının hazırlanması
  • Xroniki xəstəliklərin idarə olunması və müşahidəsi