Ən son yeniliklər üçün bizi sosial şəbəkələrdə izləyin!

Xidmət Detalları

Service Image

Endokrinoloq Xidməti

Endokrinologiya – orqanizmin hormon sistemi ilə məşğul olan tibbi sahədir.Endokrinoloq bu sistemin xəstəliklərini aşkar edən və müalicə edən mütəxəssisdir. Bizim klinikada hormonal pozğunluqların diaqnostikası və müalicəsi müasir metodlarla həyata keçirilir.

Endokrinoloqa hansı hallarda müraciət edilməlidir?

  • Qalxanabənzər vəzin düyünləri, böyüməsi və ya funksional pozğunluqları
  • Şəkərli diabet (Tip 1 və Tip 2)
  • Obezlik və artıq çəki
  • Menstrual pozğunluqlar və sonsuzluq
  • Hirsutizm (qadınlarda artıq tüklənmə)
  • Sümük əriməsi (osteoporoz)
  • Böyümə və inkişaf problemləri
  • Cinsi hormon balanssızlıqları

Təklif etdiyimiz xidmətlər:

  • Tam endokrinoloji müayinə
  • Hormonal analizlərin təşkili və izahı
  • USM və digər görüntüləmə metodları ilə dəstək
  • Fərdi müalicə planlarının hazırlanması
  • Diabet və qalxanabənzər vəzi üzrə təqib proqramları